Araşdırmamızı oxu-Sağlam ol!
09.09.2021
Gəlin qəbul edək ki, allergiya fəslinin sakinləri bu məqaləni oxuyub sevinəcək!
Allergiyalı insanlar üçün həyat bir addım geridə başlayır və hər aldığını xüsusi seçimlə seçmək isə sadəcə danılmaz bir məcburiyyətdir. Bəs heç evinizin döşəməsi salınan zaman təmir prosesinin bu hissəsində də seçici davranırsınızmı?
Amerikanın Astma və Allergiya araşdırmalar fonduna istinad etsək görərik ki, əvvəllər dünyada ən çox astma hər 9 nəfərdən birində rast gəlinən bir xəstəlik idisə, artıq hər 5 nəfərdən birini öz qurbanına çevirir. Adətən, allergiyalı insanlar bucür həssas fəsillərdə çöldə olarkən özlərini daha ehtiyyatla qorumağa meyilli olurlar. Lakin, elə evinizin içindən, gözlə asan görünəbilən amma ağılagəlməz yerlərin sizin üçün qıcıq mənbəyi ola biləcəyini bilirdinizmi?
Biz sizin üçün araşdırdıq və bu nəticəyə gəldik ki, evimizin tam içində, gözümüzü oxşayan, interyerimizdə döşəmə, divar və xüsusi bölmələrdə yer verdiyimiz məhsullar xüsusi seçiciliklə seçilmədiyi müddətdə allergiyalarımızın səbəbkarı ola bilir. Keyfiyyətli keramika məhsullarının isə həm ətraf mühitə, həm də sağlamlığımıza müsbət təsir göstərdiyini heç eşitməmişdik. Sərt və əsasən düz bir səthə malik olan keramika və çini plitələr allergiyaları olanlar üçün əla seçimdir. Səthləri təmiz saxlamaq asandır və digər döşəmə seçimləri kimi toz gənələri, ev heyvanlarının tüklərini və qorxunc tozcuq qıcıqlandırıcılarını özündə saxlamır. Həm də yüksək dərəcədə suya davamlıdırlar. Keyfiyyətli və xüsusi seçilmiş keramikalar isə astma və digər allergiya xəstələrini narahat edən digər bir amil- küf və küf yığılmasını dəf etməyə kömək edirlər. Əgər siz də evinizin və sağlamlığınızın rahatlığı üçün keramika məhsul istifadəsinə maraqlısınızsa, bizim showroomlarda və Imperial mağazalarında beynəlxalq təcrübəyə və standartlara dayanan məhsullarımızla tanış olmağa tələsin.