Bloq

Kafel- evlərin əvəzedilməz dekoru

22.09.2022

Kafel nedən hazırlanır?

Kafel ilə gündəlik biz yaşadığımız müxtəlif məkanlarda rastlaşırıq. Evimizdə, iş yerimizdə, xəstəxanalarda, apteklərdə, şəhərin hər bir yerində bu materialı görmək mümkündür. Bəs kafelin nədən hazırlandlğını bilirikmi? Gəlin birlikdə tanış olaq.Kafel adlanan plitələr torpağın müəyyən qarışıqlarla hazırlanması, preslənməsi, naxışlanması və bişirilməsi ilə hazırlanan döşəmə və divar örtüklərinə verilən addır. Qeyri--metal olan bu material gil, kvars, feldispat, əhəngdaşı kimi keramika xammalının müəyyən nisbətlərdə qarışığının xüsusi qəliblərdə sıxılaraq formalaşdırıldıqdan sonra yüksək temperaturda yandırılan və şirlənərək əldə olunur. Bu plitələr tikinti sektorunda əvəzolunmaz örtük üçün ən ideal materiallardan hesab olunur. Kafel divar plitəsi yüksək su udma dərəcəsi olan bir materialdır. Kafellər hamar bir səthə malik olduğundan, mətbəx və vanna otağı divarları üçün üstünlük istifadə olunur. 

 

Kafel seçərkən daha çox nələrə diqqət etmək lazımdır? 

 

Kafel bir tərəfi şirli olur və  80%-i kaolin və kvarsdan ibarət olan bir növ ağ torpaqdan hazırlanır.

Xüsusilə hamam, mətbəx və tualetlərin divarlarını örtmək və bəzəmək üçün istifadə olunan bu materialın maye keçirməyən və bəzək üçün yararlı olan hissəsi şir təbəqəsi ilə örtülmüşdür. 

 

Kafel başqa cür də adlanır - fayans.

Kafel fayans da adlanır və bu adın İtaliyanın Faenza şəhərinin və ya Provansdakı Fayence şəhərinin şərəfinə almış olması qeyd olunur. Çindən gəldiyi üçün bir çox ölkələrdə bu materiala fayans  deyirdilər . İlk real plitələrə 500-cü illərdə İran saraylarının divarlarında rast gəlinmişdir.

 

Kafellərin növləri mətbəxtə istifadəsinə görə fərqlidir

Mətbəxlərdə istifadə olunacaq modellərə görə kafellərin fərqli növləri olur. Mətbəxlərdə istifadə olunan bu plitələr yalnız divarın bir hissəsini əhatə edir. Son zamanlar kərpic divar görünüşü ilə süni daş üzlük və ya taxta görünüşlü süni kafel materiallarına daha çox üstünlük verilir.

 

Kafel harada istifadə olunur?

  1. İnsanların sıx olduğu yerlərdə (ticarət mərkəzi, ticarət mərkəzi, xəstəxana və s.kimi obyektlərdə)
  2. Temperatur fərqi olan yerlərdə
  3. Zavod, sex, anbar kimi yerlərdə
  4. Terraslar, balkonlar, hovuzlarda geniş şəkildə istifadə olunur.

"İmperial -CC" istənilən dizayna uyğun və münasib qiymətə sizə kafel təqdim edir. Sayta keçid , onlayn seçim və sifariş edə bilərsiniz. Kafel almaq indi çox sadə olub, sadəcə keçid linkinə daxil olun, alış edin.