Bloq

Kafel və metlax seçimi

06.07.2021

Hamama estetik gözəllik verən və onun ayrılmaz hissəsi olan kafel və metlaxların seçilməsində diqqətli olmaq lazımdır. Çünki təmirin effektivliyini təmin etmək üçün müxtəlif mozaikalarla, şəkillərlə, illustrasiyalarla bəzədilmiş kafellər sizin dizaynınızın və zövqünüzün əsasını təşkil edəcəkdir. Hamam otağına daxil olan şəxs ilk olaraq onun kafel və metlax seçiminə heyran olmalıdır. Lakin, gözəl kafel seçimi ilə yanaşı onun yapışdırlıması, yapışma zamanı keyfiyyətin itməməsi, aralıq doldurma materialları və s. də öz sözünü deyəcək.Kafel və metlax niyə qopur, çatlayır və ya sınır? Bu sual bəzilərimizi çox düşündürsə də əslində cavabı elə də çətin deyil. Öncəliklə, hamam otağı suyun və boru xətlərinin ən çox olduğu məkandır. Burada kafel və metlaxın altında qalan isti və soyuq su, kanalizasiya boruları gələcəkdə təmirinizin korlanmasına səbəb olur. Bu problemlərdən qurtulmaq üçün təmirə başlamazdan əvvəl bütün sadalanan boruları yeniləmək lazımdır. Bundan əlavə seçilən kafel və metlax yapışdırıcıları istiyə və soyuğa davamlı olmalıdır. Çünki, zamanla davamsız yapışdırıcılar aşınmaya məruz qalaraq kafelin altında boşluqların yaranmasına səbəb olur. Bu boşluqların üzərində duran kafel və metlax yüklənməyə məruz qaldıqda sınma və çatlama ilə nəticələnir.