Bloq

Metlax istifadəsi niyə artıb?

22.09.2022

Metlax Misirin qədim sənət nümunəsidir

Metlaxlar hər bir sahədə gözəl atmosfer yaradaraq həmin məkanı daha da gözəlləşdirmək və dayanıqlı etmək üçün istifadə olunur. Bu material bizdən Misirdən tanışdır. Belə ki, metlax Misirin qədim sənətidir və bu gün müasir növləri, formaları hazırlanılır.

 

Metlaxdan məşhur Titanikin tikintisi zamanı istifadə olunub

 

Müasir kafel-metlax anlayışı isə bizə XIX əsrdə gəlib çıxmışdır. “Mettlach keramik plitələr” Almaniyanın Mettlach şəhərinin şərəfinə adlandırılmışdır. Kafel xüsusilə Viktoriya dövründə məşhur idi. Hətta həmin vaxtlar "Viktoriya kafel" adlandırılırdı bu materiallar. Kafedralların, ictimai binaların və şəxsi yaşayış yerlərinin döşəmələrini örtməsi heç də əbəs deyildi. Mettlachdan örtüklər isə hər birimizin məlumatı olduğu, eşitdiyi məşhur Titanikin tikintisi zamanı gətirilmişdir.

 

Metlax günümüzdə çox yerlərdə istifadə olunan materiallardır. Gözəl görünüşü, davamlılığı, asan təmiri bu materialın daha çox yerlərdə istifadəsinə imkan yaratmışdır. Düzgün şəkildə döşəmələrə tətbiq olunan metlax yaxşı performans göstərir və davamlılığı da uzunmüddətli olur.

 

Metlaxdan istifadə hər gün daha da artmaqdadır. Bəs bunun səbəbi nədir?

 

1. Ekoloji cəhətdən təmiz keramik piltələr təbii materiallardan alınır. Onların tərkibində qoxu və alergiya verən maddələr yoxdur.

2. Müasir metlaxlar hər yerdə istifadə oluna bilir. Evlərdə, iş yerlərində, şəhərlərdə və s.

3. Yanğına davamlı material olduğundan demək olar ki, üstünlük verilməsinin başlıca səbəblərindəndir.

4. Nəm yığılmasının qarşısını ala bilir, çünki suyun udulmasına davamlıdır.

 

Metlaxların dizaynı orijinal və gözoxşayan olur. Bu materialdan ən çox bağçaya, eyvandan hovuza, dayanıqlıq və gigiyenik vanna otağından tutmuş bir çox məkanı gözoxşayan yaşayış sahələrinə çevirir. Müxtəlif üslubda olan divar və döşəmə keramika kolleksiyaları istifadə olunduğu məkanlara dəyər və fərqli rəng qatır. Çox isti bir sobada gil bişirilərək istehsal olunan kafel-metlax formaya salınıb qurudulur. Sonra üzərinə şüşə material çəkilərək yenidən yandırılıb bərkidilir. Evimizin, istənilən məkanın bəzəyi olan metlaxları bizdən əldə edə bilərsiniz.

 

“İmperial CC “ şirkəti  müxtəlif dekorasiyalara uyğun , dayanıqlı və münasib qiymətə metlax məhsulları təklif edir. Daha ətraflı məlumat üçün səhifəyə keçid edib, baxa bilərsiniz