Блог

Bəs necə təmizləyək?

20.10.2021

“Imperial”-ın müştəriləri üçün təmin etdiyi rəngarəng çeşid və keyfiyyət fərqli məhsullar artıq hamımıza aşkardır. Bugün isə mövzumuzu mətbəx istifadəsi üçün satdığımız məhsulların təmizlənməsi üsullarından salacağıq. Yaxın əyləşin!

ƏZİZ MÜŞTƏRİLƏRİMİZ VƏ OXUCULARIMIZ, HEÇ BİLİRDİNİZ Mİ?- Həm hamam, həm də mətbəx kafellərinin mütəmadi və uyğun qayda ilə təmizlənməsi yalnız onların təmiz qalmasının deyil, həm də gözəl görüntüsünün və keyfiyyətinin zamanla aşınmamasının başlıca sirridir. İndi isə araşdırdığımız və bildiyimiz bəzi məlumatları sizinlə paylaşırıq:

1. Sadə kafellərin təmizlənməsində ən əlverişli vasitə kimyəvi tərkibdə olmayan məhsullardır. Artıq illər keçdikcə müxtəlif tərkibli maye təmizləyicilərin sayının da artdığını görürük. Lakin səthin daha tez aşınmasına səbəb olan bu maye təmizləyicilərdən “hansına güvənək?”-sualına ən təbii tərkibdə olan cavabı-sirkəli su olaraq verərdik. 50:50 ölçüdə istifadə olunan su və təbii ağ sirkə qarışımı nəticəsində daha parlaq səthlər əldə etməyiniz zəmanətli üsuldur. Lakin sirkəli sudan sonra səthlər ehtiyyatla silinməlidir ki, mayenin geridə buraxacağı ləkələr tam silinsin.

2. Əgər mətbəxinizin keramika sakini tək rəng deyil, rəngli, naxışlı, damarlı və ya şəkilli teksturadırsa, səthi işıqlı və parlaq edəcək metod isə təbbi yağlardir. Xarici təcrübədən apardığımız araşdırma və aldığımız məsləhətlərə istinadən, limon və portağal yağları parlaqlıq və gözəl qoxu təmin etməkdə N1 üsuldur. Mebel arası kafellərinizin ən əlverişli təmizləmə üsulu olacağına inanırıq!

 

3. Soda və ilıq su qarışımının yaratdığı pambıq bəyazı aralıqlar isə sadəcə göz oxşayacaq! Ən az sirkə və su qarışımı qədər effektiv olan bu məhlulu mətbəx və hamamınızda yer alan aralıqların su və çirkdən aşınmasının qarşısını alacaq. Daha təmiz və ağ-appaq kafel aralıqları ilə daha da gözoxşayan interyerlərə kim yox deyər ki?!

 

Əziz oxucularımız, bölüşdüyümüz məlumatları sınaqdan keçirərkən aldığınız nəticələri bizimlə paylaşmağı unutmatın. Bu və daha artıq #sizəfaydalı bloq və məqalələrdən xəbərdar olmaq üçün bizi sosial medya şəbəkələrində izləməyi unutmayın. Bizi izləmədə qalın!