Блог

Məhsullarımızı öz interyerinizdə elə mağazada görün!

30.09.2021

Mərkəzimizdən seçdiyiniz məhsulu öz evinizdə elə yerindəcə sizə canlı göstəririk deyirik. Daha nə olsun?

Bu günün məqaləsi “Imperial” şirkəti olaraq müştərilərimizə individual yanaşmamızda bizə dəstək olan dizayner dostlarımızdan söz açacağıq. Böyük bir şirkət olaraq komandamız adına məsul olduğumuz bir sıra korporativ dəyərlərimiz vardır. Bunlardan biri də bizim genişçaplı əməkdaşlıqlarımızdır. İnteryer dizaynerlərlə bizim əməkdaşlığımız isə müştərilərimizə daha unikal və əlçatan xidmətlər göstərmək amalımıza xidmət edir.  Bu addımların  bünövrəsi isə müştərilərimizə individual olaraq yanaşma dəyərimizin rüşeymindən qaynaqlanır.  Dəfələrlə elan etdiyimiz kimi müştərilərimizin mağazalarımızdan məmnun ayrılması prioritet məsələmizdir. Bunun üçün də mərkəzimizə yaxınlaşıb seçdiyiniz teksturaları interyerinizdə canlandıran dizaynerlərimiz sizə ödənişsiz nümunələr verməklə məhsulumuzu canlı vizualizasiyada görməyinizə yardım edəcəkdir. Nəticə olaraq isə dizayner dostlarımıza təcrübə qazanmaları üçün şans yaradırıq və onlar da bizə əvəzolunmaz dəyərlər qatırlar. Biz mütəmadi şəkildə yenilikləri, trendləri, dövrlə ayaqlaşan dizayn innovasiyalarını həm birlikdə araşdırırıq, həm öyrənirik, həm də birgə tətbiq edirik. Gəlin birlikdə inkişaf edək. Bizimlə işləmək asan, rahat və sərfəlidir!